Çin ordusunda gərgin vəziyyət - Yüzlərlə general işdən çıxarıldı

10:40 - 23 Noyabr 2025

Çin ordusunda gərgin vəziyyət - Yüzlərlə general işdən çıxarıldı

Pekində başlayan təmizləmə dalğası Çin siyasətinin son illərdəki ən böyük böhranına çevrilib.


Manset.az-ın məlumatına görə, Prezident Şi Cinpin orduda və partiya daxilində korrupsiya, casusluq və qruplaşma ittihamlarına qarşı sərt addımlar atır. Bir çox general və yüksək rütbəli zabit vəzifədən çıxarılıb, bəzilərindən isə aylardır xəbər yoxdur.

Kəşfiyyat mənbələrinin məlumatına görə, orduda aylardır böyük təmizləmə gedir, Mərkəzi Hərbi Komissiyada təyinatlar dondurulub. 2023-cü ildə vəzifədən kənarlaşdırılan keçmiş Xarici İşlər naziri Qin Qanqın da taleyi naməlum olaraq qalır.

Təmizləmələrin başlanmasına səbəb 2023-cü ildə Çin Raket Qüvvələrindən ABŞ kəşfiyyatına sızan məlumatlar olub. 

Rəsmi mənbələrə görə, Şi Cinpin orduda “tam yenidənqurma” aparmağı planlaşdırır. Pekinə yaxın media isə gedən prosesi “müasir Çin tarixinin ən böyük hərbi təmizləməsi” adlandırır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az