Ukrayna ordusu Pokrovsk və Donetskdə Rusiyanın əsas mövqelərinə, silah-sursat anbarlarına zərbələr endirib.
Manset.az xəbər verir ki, bu haqda Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində Rusiya ordusu əhəmiyyətli itkilər verib.
O da qeyd edilib ki, xüsusi əməliyyatlar “Middle strike” dronları ilə həyata keçirilib.
Hədəf Rusiya qoşunlarının istehkamları, aktiv yük trafiki ilə hərbi bazaya çevrilən keçmiş istehsal və anbar binaları olub.