Zelenski və Makron arasında telefon danışığı olub

21:10 - 23 Noyabr 2025

Zelenski və Makron arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb.


Manset.az xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram"da yazıb.

Onun sözlərinə görə, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir və bu prosesin praktiki nəticə verməsi, Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.

“Mövqelərimizi koordinasiya edirik. Əsas odur ki, dialoq var, diplomatiya aktivləşib. Tərəfdaşların arqumentlərimizi eşidəcəyinə ümid edirik”, -Zelenski vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az