Ukrayna üzrə Cenevrədə aparılan danışıqlar çox gərgin keçib - Merz 

08:30 - 24 Noyabr 2025

Ukrayna üzrə Cenevrədə aparılan danışıqlar çox gərgin keçib - Merz 

Almaniya kansleri Fridrix Merz bildirib ki, Ukrayna üzrə Cenevrədə aparılan danışıqların çox gərgin keçdiyi barədə məlumatlar alır.


Manset.az xəbər verir ki, Merz bu fikirləri ProSieben və Sat1 telekanallarına müsahibəsində səsləndirib.

O, ən azı atəşkəs barədə birgə mövqenin razılaşdırılacağına ümid etdiyini deyib.

“Eşidirəm ki, danışıqlar son dərəcə çətin keçib, çünki vaxt çox azdır və məqsəd mümkün qədər tez, ən azından atəşkəsə nail olmaqdır.”

Merzin fikrincə, atəşkəs razılaşması əldə olunarsa, bu, Rusiya ilə mahiyyət üzrə dialoqun başlanmasına şərait yaradacaq.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az