"Kim Milyoner Olmaq İstər" yarışmasının son bölümündə maraqlı və gözlənilməz bir hadisə yaşanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Oktay Kaynarcanın təqdim etdiyi bu məşhur ümumi mədəniyyət yarışmasına qatılan 27 yaşındakı Elif Okumuş ilk sualda etdiyi səhv nəticəsində yarışmaya erkən vida edib.
Türkiyənin Düzcə şəhərindən qatılan və Burdur Mehmet Akif Ersoy Universiteti Tarix Bölümü məzunu olan Elif Okumuş, yarışmanın açılış sualında həyəcanına yenilib. Sual belə olub: “Çay, qəhvə, qazoz, ayran, meyvə suyu" kimi cavablar verildiyində, cavabdan əvvəl hansı sual verilmiş ola bilər?”.
Elif Okumuş bu suala "Acsınız?" cavabını verərək, yarışmaya erkən vida edib.
Yarışmanın bu bölümündə baş verən bu gözlənilməz an, həm iştirakçıların, həm də izləyicilərin diqqətini çəkib.