Pakistanın Həyber Paxtunxva əyalətinin Peşaver şəhərindəki jandarma karakoluna hücum edilib. Hücumu həyata keçirən 3 terrorçudan biri karakolun girişində özünü partladarkən, digər ikisi binaya daxil olmağa çalışarkən polislər tərəfindən öldürülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hücum nəticəsində 3 polis həlak olub, 2 nəfər isə yaralanıb. Peşaver şəhərindəki jandarma karakoluna edilən bu hücumda, təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan iki terrorçu binaya daxil ola bilməyib.
Hücum zamanı 6 mülki şəxs də yaralanıb. Yaralılar təcili yardım komandaları tərəfindən xəstəxanaya aparılıb. Mülki şəxslərin sağlamlıq vəziyyətlərinin stabil olduğu və həyati təhlükələrinin olmadığı bildirilib.