İrandan Trampa MƏKTUB - "Müzakirəyə hazırıq"

15:07 - 24 Noyabr 2025

İrandan Trampa MƏKTUB - \"Müzakirəyə hazırıq\"

İranlı islahatçı siyasətçi Mustafa Kevakebiyan, İran Prezidenti Məsud Pezeşkiyanın, Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd Bin Salman vasitəsilə ABŞ Prezidenti Donald Trumpa məktub göndərdiyini bildirib.


Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, bu məktuba görə, Tehran Vaşinqtonla "müzakirələrə hazırdır".

Asriran xəbər saytına açıqlama verən İran Demokratiya Partiyasının rəhbəri Mustafa Kevakebiyan, bu mövzu ilə bağlı məlumat verib.

"Prezident Məsud Pezeşkiyan tərəfindən bir məktub göndərildi. Bu məktub Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd Bin Salmana təslim olundu, o da bu məktubu (ABŞ Prezidenti) Donald Trumpa çatdırdı. Trump, dərhal müsbət bir yanaşma göstərdi", – deyə o qeyd edib.

İran lideri Əli Xamneyinin icazəsi ilə göndərilən məktubda, "İranın ABŞ ilə ön şərtsiz və heç bir təzyiq olmadan müzakirələrə hazır olduğu" ifadələri yer alıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az