İstanbul Boğazındakı ən bahalı yalılardan biri olan Tophane Müşiri Zeki Paşa Yalısı, yenidən satışa təqdim edilib. Əmlak vergisi 5,5 milyon lirə olan bu yalı üçün istənilən qiymətin 4 milyard 200 milyon (2 milyard 268 milyon manat) lirə ola biləcəyi bildirilir.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Fatih Sultan Mehmet Körpüsünün altında yerləşən Rumelihisarında, daha əvvəl də satışa çıxarılaraq gündəmə gələn Zeki Paşa Yalısı, bu dəfə yenidən alıcısını axtarır.
Tarixi yalı, xarici görünüşü, geniş bağçası və Boğaz manzarası ilə diqqət çəkir. Yalı 23 otaq, 5 salon və 8 banyodan ibarətdir.
Osmanlı dövründən bu günə qədər saxlanılan bu yalı, memarlığı və zərifliyi ilə Boğaz sahilindəki digər binalardan fərqlənir. Osmanlı saray yaşayış tərzini, qərb təsirli memarlıqla birləşdirən orijinal strukturu sayəsində İstanbulun ən diqqət çəkən yalı nümunələrindən biri hesab edilir.
Yalının fasadında barok üslubunda bəzək elementləri, yarım sütunlu pəncərə aralıqları, çoxbucaqlı daş örtükləri və mərtəbələr arasında davam edən dekorativ kəmərlər mövcuddur.