İstanbulun Bağcılar rayonunda yerləşən Plevne Parkı'nda qorxulu bir hadisə baş verib.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iddiaya əsasən, parkda elektriklə işləyən oyuncaq qurğularında yaranan elektrik sızması səbəbindən oyun oynayan 4 uşaq elektrik cərəyanına düşüb.
Hadisə barədə məlumat verildikdən sonra, hadisə yerinə çoxsaylı təcili tibbi yardım qrupu göndərilib.
Uşaqlar dərhal xəstəxanaya aparılaraq müalicəyə alınıblar.