Məşhur aktrisa Hande Erçel 32-ci doğum gününü “İki Dünya, Bir Arzu” filminin çəkiliş meydançasında qeyd edib. Aktrisa gözlənilmədən gətirilən tortla qarşılanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, filmin yaradıcı heyəti və tərəf-müqabillərinin təşkil etdiyi kiçik mərasimdə Erçel tortun şamlarını üfürüb.
Sürpriz qarşısında sevincini gizlətməyən aktrisa “Var olun, çox sağ olun” sözləri ilə komandaya təşəkkür edib. Yeni yaşını çəkiliş meydançasında sürpriz tortla qarşılayan Hande Erçelin təəccübü və sevinc dolu anları üzündə əks olunub.