Honkonqda çikunqunya qızdırmasına yoluxmuş daha iki nəfər qeydə alınıb. Bununla da 2025-ci ildə burada sözügedən qızdırmaya yoluxanların ümumi sayı 70 nəfərə çatıb.
Manset.az Medicina.az-a istinadən xəbər verir ki, yerli səhiyyə mərkəzinin məlumatına görə, bu rəqəm əvvəlki illər ərzində qeydə alınmış yoluxma faktlarının ümumi sayından təqribən üç dəfə çoxdur.
"Çikunqunya qızdırmasına Honkonqun hüdudlarından kənardan gətirilmiş daha iki yoluxma faktı qeydə alınıb. Bir kişi və bir qadın Çinin materik hissəsinə səfər zamanı bu xəstəliyə yoluxublar. Bununla da ilin əvvəlindən şəhərdə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 70-ə çatıb", - deyə məlumatda bildirilir.Qeyd edək ki, tibdə bu virusa qarşı nə dərman, nə də peyvənd mövcuddur. Onun inkubasiya dövrü adətən 3-12 gün çəkir. Xəstəliyin başlanğıcı həmişə qəfil olur - temperatur kəskin şəkildə yüksəlir, üşütmə, bel və oynaq ağrıları, səpgi əmələ gəlir. Xəstəliyin daşıyıcıları "Aedes aegypti" və "Aedes albopictus" ağcaqanadlarıdır.