Türkiyənin Mardin şəhərinin Kızıltepe rayonunda eyni ailədən üç nəfər başlarından silahla vurulmuş halda ölü tapılıb.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, Turgut Özal məhəlləsində bir binada yaşayan ailədən xəbər ala bilməyən qonşuları, dünən gecə məhəllə başçısı ilə birlikdə ailənin yaşadığı evin qapısını açaraq içəri giriblər.
Evdə başlarından silahla vurulmuş 37 yaşlı Mehmet K., həyat yoldaşı 33 yaşlı Berna K. və 5 yaşındakı qızları Samyeli K.-ni görən məhəllə başçısı və qonşuları durumu müvafiq orqanlara bildirmişlər.
Hadisə yerinə dərhal 112 Təcili Yardım, polis və yanğınsöndürən briqadaları göndərilib.