Ürək və Daxili Xəstəliklər mütəxəssisi Professor Dr. Canan Karatay 46 ildir evli olduğu həyat yoldaşı Dr. Ali Başak Karatayı itirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sağlıq və qidalanma mövzusunda verdiyi açıqlamalarla tez-tez gündəmə gələn Professor Dr. Canan Karatay, 46 illik həyat yoldaşını itirib. 1979-cu ildə Canan Karatayla evlənən Dr. Ali Başak Karatay bir müddətdir sağlamlıq problemləri yaşayırdı.