İnstagramda "cadu pozurdular" - Saxlanıldılar

14:15 - 25 Noyabr 2025

İnstagramda \"cadu pozurdular\" - Saxlanıldılar

Ankara Şəhər Baş Prokurorluğunun Instagram üzərindən cadu pozma bəhanəsi ilə vətəndaşları aldadan bir şəbəkəyə qarşı apardığı əməliyyatda 7 şübhəli saxlanılıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ankara Cumhuriyyəti Baş Prokurorluğunun Kiber Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan araşdırmalara görə, şübhəlilər cadu pozma adı altında Instagramda verdikləri elanlarla özləri ilə əlaqə saxlayan şəxsləri aldadıblar. Bu şübhəlilər haqqında "Dini inanc və hissləri istismar etmək və kibertəhlükəsizlik sistemlərini alət olaraq istifadə etməklə dələduzluq" maddəsindən istintaq başlanıb.

İstintaq çərçivəsində əldə edilən səs yazıları, MASAK hesabatları və hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində şübhəlilərin bir-biri ilə əlaqəli olduğu müəyyən edilib. Ankara Şəhər Baş Prokurorluğu tərəfindən verilən saxlanılma, axtarış və müsadirə qərarları əsasında, Ankara İl Polis İdarəsinin Mali Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən 5 fərqli şəhərdə eyni anda keçirilən əməliyyatda ümumilikdə 7 şübhəli saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az