Məşhur kahin Nostradamusun 2026 ilə bağlı verdiyi proqnozlar pandemiya və müharibə ehtimallarından siyasi gərginliklər, gözlənilməz təbii hadisələrdən yeni güc mübarizələrinə qədər geniş bir sahədə insanlığı sarsıda biləcək ssenarilər təqdim edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 16-cı əsrdə yazdığı sirli proqnozlarla hələ də müzakirə olunan Nostradamus 2026-cı il ilə bağlı yeni sözləri ilə yenidən gündəmə gəlib.
Birinci Yüzyılın 26-cı maddəsində "böyük bir adamın gündüz vaxtı ildırım vuracağı" ifadəsi yer alır. Şərhçilər bu maddənin bir sui-qəsdin simvolik təsviri olduğunu düşünür. Digər tərəfdən, "ildırım" bənzətməsinin müasir lazer və mikrodalğa əsaslı hücum texnologiyalarına işarə edə biləcəyi də müzakirə olunur.
Həmçinin, "Toskanada pandemiya" vurğusu, keçmişdə yaşanan COVID-19 dövrünü xatırlatsa da, bəzi mütəxəssislər bunun regiondakı mövsümi xəstəliklərin iqlim dəyişikliyi ilə birlikdə artma ehtimalına işarə edə biləcəyini bildirirlər.
Bu proqnozlarda həm də"müharibədə taleyini tapmış slavyan xalqlarının yüksəlişi"ndən bəhs edilir. Bu, son illərdə davam edən Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar yeni şərhləri gündəmə gətirir.