Honq Konqda baş verən yanğında ölənlərin sayı 128-ə çatdı

17:34 - 28 Noyabr 2025

Honq Konqda baş verən yanğında ölənlərin sayı 128-ə çatdı

Çinin Honq Konq Xüsusi İdarəetmə Bölgəsinin Tai Po rayonunda 8 binanın yerləşdiyi yaşayış kompleksində baş verən yanğında həyatını itirənlərin sayının 128-ə yüksəldiyi bildirilib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Honq Konq Yanğınsöndürmə Xidmətindən verilən açıqlamaya görə, yanğında bu anadək aralarında bir yanğınsöndürənin də olduğu 128 nəfərin həyatını itirdiyi, 11-i yanğınsöndürən olmaqla 76 nəfərin isə yaralandığı qeyd edilib.

Təxminən 4 min nəfərin yaşadığı bu kompleksdə yanğının söndürülməsi üçün aparılan işlər artıq 40 saata yaxındır davam edir.

Xilasetmə əməliyyatlarını həyata keçirən yanğınsöndürmə briqadalarının, kompleksdən gələn 25 yardım çağırışına hələ də cavab verə bilmədiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az