Tailandın cənub hissəsində baş verən daşqınlar zamanı 145 nəfər ölüb.
Manset.az xəbər verir ki, bu barədə məlumat Associated Press-də yer alıb.
Fəlakətlərin qarşısının alınması və azaldılması üzrə Departamentin məlumatına görə, 12 cənub vilayətində güclü yağışların səbəb olduğu daşqınlardan 1,2 milyondan çox ev və 3,6 milyon insan zərər çəkib.