Andrey Yermak istefa verdi

19:43 - 28 Noyabr 2025

Andrey Yermak istefa verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefa üçün müraciət etdiyini bildirib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının axşam videomüraciətində qeyd olunub.

"Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb", – Zelenski bildirib.

"Ukrayna Prezidentinin Ofisində yenilənmə baş tutacaq. Ofisin rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb. İstəyirəm ki, söz-söhbət və fərziyyələr olmasın. Ofisin yeni rəhbərinə kim olacağına gəlincə, sabah bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam", – o deyib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın evində axtarış aparıldığı barədə məlumat yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az