Fransa Prezidenti Emmanuel Makron gələn ildən etibarən yeni tədris ilində liseylərdə şagirdlər üçün mobil telefonların qadağan olunmasını təklif edir. Dövlət başçısı həmçinin sosial şəbəkə platformalarına giriş yaşının 15 olaraq müəyyənləşdirilməsini də irəli sürəcəklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Makron Fransanın Mirekur qəsəbəsində Ebra Qrupuna məxsus yerli qəzetlərin oxucuları ilə görüş keçirib.
Prezident çıxışında ölkədə bütün orta məktəb səviyyəsində mobil telefonların istifadəsinin qadağan edildiyini xatırladıb.
“(Bu qadağanı) yəqin ki, gələn tədris ilindən etibarən liseylərə də şamil edəcəyik”, — deyə Makron bildirib və bu məsələ ilə bağlı Fransa Təhsil Naziri Eduar Gefre ilə danışıqların davam etdiyini vurğulayıb.