Yaxın günlərdə Venezuelalı tacirləri vuracağıq - Tramp

23:12 - 28 Noyabr 2025

Yaxın günlərdə Venezuelalı tacirləri vuracağıq - Tramp

ABŞ Prezidenti Donald Tramp Venesuelalı narkotik qaçaqçılarını ölkəyə dəniz yolu ilə daxil olmaqdan böyük ölçüdə məhrum etdiklərini iddia edərək, onları yaxın zamanda quru sərhədlərində də dayandıracaqlarını bildirib.


Manset.az dünya mediasına istinadən xəbər verir ki, Tramp hərbi qulluqçular qarşısında çıxış edərkən bir neçə aydır Venesuela ilə narkotik qaçaqmalçılığı iddiaları fonunda davam edən gərginliklə bağlı qiymətləndirmə aparıb.

Son həftələr çox sayda Venesuelalı narkotik qaçaqçısının qarşısını almaq üçün səylər göstərdiklərini vurğulayan Tramp, bu sahədə tam uğur əldə etdiklərini irəli sürüb.

O, Venesueladan gətirilən narkotiklərin ABŞ-da hər il yüz minlərlə insanın ölümünə səbəb olduğunu iddia edərək, vəziyyətə son qoymaq niyyətində olduqlarını bildirib.

Narkotiklərin ABŞ-a dəniz yolu ilə daşınmasının əhəmiyyətli dərəcədə azaldığını qeyd edən Tramp əlavə edib:
“Onları qurudan da dayandırmağa başlayacağıq. Qurudan dayandırmaq daha asandır və bu çox yaxın vaxtda həyata keçiriləcək.”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az