Güclü yağış 56 can aldı

23:14 - 28 Noyabr 2025

Güclü yağış 56 can aldı

Şri-Lankada təsirini göstərən güclü yağışların yaratdığı sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 56-ya yüksəlib.


Manset.az dünya mətbuatına istinadən xəbər verir ki, Şri-Lanka Fövqəladə Halların İdarə Olunması Mərkəzinin (DMC) açıqlamasına görə, ölkədə ötən həftədən bəri davam edən güclü yağışlar səbəbindən baş verən sel və torpaq sürüşmələrində ölənlərin sayı 56 nəfərə çatıb. Bildirilib ki, daha 21 nəfər itkin düşmüş sayılır.

DMC-nin məlumatında 600-dən çox evin zərər gördüyü, dövlət idarələri və məktəblərin isə bağlandığı qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az