Çində bir ticarət mərkəzinin girişinə quraşdırılmış iri Yeni il ağacının qəfil alovlanması böyük təşvişə səbəb olub. Hadisə zamanı çox sayda vətəndaşın alış-veriş etdiyi mərkəzdə baş verən yanğın xəsarət alan olmadan söndürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ticarət mərkəzinin giriş hissəsinə qurulan nəhəng Yeni il ağacı alışaraq ziyarətçilər arasında ciddi panika yaradıb. Hadisə izdihamlı alış-veriş saatlarında baş verdiyindən insanlar təcili şəkildə çıxışlara yönəlib, ziyarətçilərin hay-küyləri eşidilib.
Yanğının səbəbi hələ müəyyənləşdirilməyib, lakin ilkin ehtimallar mümkün kabel nasazlığını göstərir.