logo
logo logo
logo

Berlində terror aktında şübhəli bilinən şəxs zərərsizləşdirildi

22:37 - 26 İyul 2026

Berlində terror aktında şübhəli bilinən şəxs zərərsizləşdirildi

Almaniyanın paytaxtı Berlinin mərkəzində yerləşən Tirqarten parkı ərazisində avtomobili insanların üzərinə sürməkdə şübhəli bilinən şəxs xüsusi əməliyyat zamanı güllələnib.


Manset.az xəbər verir ki, bu barədə yerli polis "X" sosial şəbəkəsində məlumat yayıb.

"Şübhəli şəxs saat 18 radələrində (Bakı vaxtı ilə 20:00) Şpandau rayonundakı bağ massivində aşkarlanıb. İlkin məlumata görə, o, əlində soyuq silahla polis əməkdaşlarının üzərinə qaçıb. Bundan sonra Berlin xüsusi təyinatlıları odlu silah tətbiq edib. Kişi hadisə yerində ölüb", - deyə məlumatda qeyd olunub.

Polis bildirib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az