logo
logo logo
logo

Braziliya Argentinadakı səfirini geri çağırdı

23:15 - 26 İyul 2026

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliyanın Xarici İşlər Nazirliyi Argentina lideri Xavyer Mileyin Braziliya Prezidenti Luis İnasiu Lula da Silvaya qarşı təhqiramiz ifadələrindən sonra Argentinadakı səfiri Julio Bittellini məsləhətləşmələr üçün geri çağırıb.


Manset.az xəbər verir ki, bu barədə "CNN Brasil" nazirliyin bəyanatına istinadən məlumat yayıb.

Səfir yaxın vaxtlarda Braziliyanın paytaxtına qayıdacaq. Artıq onun ölkənin xarici işlər naziri Mauro Vieyra ilə görüşü planlaşdırılıb. Bittellinin Buenos-Ayresə nə vaxt dönəcəyi isə açıqlanmayıb.

İyulun 25-də Miley San-Paulu şəhərində Liberal Partiyanın qurultayında çıxış edib. Həmin tədbirdə partiya oktyabrda keçiriləcək Braziliya prezident seçkilərində senator Flavio Bolsonarunu namizəd kimi irəli sürüb.

Çıxışı zamanı Argentina prezidenti təkcə Lula da Silvanı deyil, Braziliya Ali Federal Məhkəməsinin hakimi Aleşandri di Moraysı da təhqir edib.

"CNN Brasil" qeyd edir ki, Mileyin sərt ritorikasının səbəbi məhkəmənin onun siyasi müttəfiqi, keçmiş prezident Jair Bolsonarunu ev dustaqlığında ziyarət etməsinə icazə verməməsi ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az