logo
logo logo
logo

AK Ukraynaya 1,24 milyard avro vəsait ayırdı

19:11 - 07 Oktyabr 2026

AK Ukraynaya 1,24 milyard avro vəsait ayırdı

Avropa Komissiyası (AK) Ukraynaya dron və raketlərin alınması üçün 1,24 milyard avro vəsait ayırıb.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə AK-nin saytında məlumat verilib.

Açıqlamada qeyd olunur ki, maliyyələşdirmə Ukrayna müəssisələri tərəfindən istehsal olunan dronların, dronları zərərsizləşdirən vasitələrin, həmçinin dron və raketlər üçün sursatların alınmasını əhatə edir.

Bildirilir ki, vəsait Ukraynaya dəstək məqsədli 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində ayrılacaq. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu vəsaitlərin ayrılması Ukraynanın müdafiə sənayesinin gücləndirilməsinə kömək edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az