logo
logo logo
logo

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

18:54 - 02 Noyabr 2026

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

İranın ali rəhbəri Müctəba Xamenei hökumətə İran-ABŞ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün ABŞ ilə danışıqlar aparmaq səlahiyyətləri verib.


Manset.az xəbər verir ki, bu barədə İran Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Prezident Məsud Pezeşkian noyabrın 2-də əyalətlərin qubernatorları və böyük şəhərlərin merləri ilə görüşdə deyib:

"Biz problemi dialoq yolu ilə həll etmək üçün səy göstəririk. Bu məsələdə ali rəhbər də hökumətə müəyyən səlahiyyətlər verib".

O, ABŞ və İsrailin İslam Respublikasına qarşı müharibəsinin səbəb olduğu problem və çağırışların aradan qaldırılması proseslərində ölkə əhalisinin iştirakının vacibliyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az