İspaniyanın nəqliyyat naziri Oskar Puente oktyabrın 28-də baş verən və 74 nəfərin həyatına son qoyan qatar qəzasından sonra vəzifəsindən istefa verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyada oktyabrın 28-də baş vermiş dəmir yolu qəzası hökumətdə istefaya səbəb olub. Nəqliyyat naziri Oskar Puente yanvarın 18-də və oktyabrın 28-də baş verən, ümumilikdə azı 119 nəfərin həyatını itirdiyi iki qatar qəzasını əsas gətirərək vəzifəsindən ayrıldığını açıqlayıb.
Puente qərarını belə əsaslandırıb:
“İspaniya kimi bir ölkədə nəqliyyat naziri bir ildən az müddətdə baş vermiş bu qədər ağır iki qəzadan sonra vəzifəsində qala bilməz”.
Nazir bildirib ki, qəzadan xəbər tutduqdan bir neçə dəqiqə sonra istefa vermək qərarına gəlib. Lakin təcili müdaxilə tədbirləri başlayana, ilkin araşdırmalar aparılana, zərərçəkənlərə təzminat ödənilməsi və dəmir yolu təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ilk addımlar atılana qədər vəzifəsində qalmağa üstünlük verib.
İspaniyanın Baş naziri Pedro Sançes isə Puenteyə təşəkkür edərək onun fəaliyyətini yüksək qiymətləndirib. Sançes bildirib ki, Puente qəzalardan zərər çəkənləri prioritet hesab edib və siyasi məsuliyyətini dərk edərək hərəkət edib.