İstanbulun Esenyurt rayonunda, Haramidere dayanacağında iki avtobus toqquşub.
Manset.az Türkiyə mediaya istinadən xəbər verir ki, Namık Kamal məhəlləsində yerləşən Haramidere Sənaye avtobus dayanacağında sərnişin mindirən metrobüsə dayanacağa yaxınlaşan digər avtobus arxadan çırpılıb.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib.