logo
logo logo
logo

Böyük Britaniya kralı kölə ticarətinə görə üzr istəyəcək

17:46 - 04 Noyabr 2026

Böyük Britaniya kralı kölə ticarətinə görə üzr istəyəcək

Böyük Britaniya transatlantik kölə ticarətindəki roluna görə tarixinin ən mühüm üzləşmələrindən birinə hazırlaşır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, əsrlər boyu milyonlarla afrikalının kölə vəziyyətinə salınaraq Amerika qitəsinə aparılmasında mühüm rol oynayan Böyük Britaniya keçmiş müstəmləkələrdən gələn təzyiqlər fonunda tarixindəki bu səhifə ilə bağlı rəsmi üzrxahlıq etməyi gündəmə gətirib. Lakin Baş nazir Endi Börnham təzminat ödənilməsinin əleyhinə çıxır.

Afrika və Karib hövzəsi ölkələrindən gələn tələblərdən sonra Böyük Britaniyanın Baş naziri Endi Börnham ölkəsinin kölə ticarətindəki məsuliyyətinə görə rəsmi şəkildə üzr istəməyə hazır olduqlarını açıqlayıb.

Bununla belə, London hökuməti keçmişdə baş verən hadisələrə görə bugünkü Britaniya vergi ödəyicilərinin maliyyə məsuliyyəti daşımamalı olduğu qənaətindədir.

Börnham təzminat ödənilməsinin əleyhinə olduğunu bildirərək bunun əvəzinə inkişaf etməkdə olan ölkələrin borclarının yenidən strukturlaşdırılması variantını irəli sürüb.

Baş nazirin açıqlaması Britaniya hökumətinin uzun illərdir davam etdirdiyi siyasətdə mühüm dəyişiklik kimi qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az