Cənubi Koreyada son 10 ildə ilk dəfə vəba (xolera) hadisəsi aşkarlanıb. Rəsmilər əhalini ehtiyatlı olmağa çağırıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyinin məlumatına görə, Çanvon şəhərində qusma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edən şəxsin vəba testi müsbət nəticələnib.
Açıqlamada xəstənin müalicə olunduqdan sonra xəstəxanadan evə buraxıldığı bildirilib. Həmçinin bu hadisənin 2016-cı ildən bəri ölkədə qeydə alınan ilk vəba yoluxması olduğu vurğulanıb.
Səlahiyyətli qurumlar əhaliyə ehtiyatlı olmağı, yalnız təhlükəsiz və içməli su mənbələrindən istifadə etməyi tövsiyə ediblər.