logo
logo logo
logo

Fransada dəhşətli qatar qəzası - 13 yaralı var

16:42 - 27 Noyabr 2026

Fransada dəhşətli qatar qəzası - 13 yaralı var

Fransanın Ob departamentində sərnişin qatarı ilə yük maşını toqquşub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 13 nəfər xəsarət alıb.

Ob Prefekturasının yaydığı məlumata görə, hadisə departamentin Barberey-Sent-Sülpis kəndində yerli vaxtla saat 07:50-də baş verib.

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibbi yardım briqadaları cəlb olunub.

Fransanın milli dəmir yolu şirkəti SNCF-nin açıqlamasına əsasən, qəza səbəbindən qatarın hərəkət etdiyi Trua və Romilli-sür-Sen şəhərləri arasındakı dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az