logo
logo logo
logo

8500 il yaşı olan yaşayış məskəni tapıldı

18:56 - 29 Noyabr 2026

8500 il yaşı olan yaşayış məskəni tapıldı

Misirin Fərəfra vahəsində arxeoloqlar təxminən 8 500 il əvvələ aid qədim yaşayış məskəninin izlərini aşkar ediblər.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.

Tədqiqatçılar Racih yaylasında 200-ə yaxın arxeoloji obyekt aşkarlayıblar. Daş tikililər və ocaqlar burada insanların müvəqqəti dayanacaqda deyil, daimi yaşayış məskənində məskunlaşdığını göstərir.

Geoloji araşdırmalar nəticəsində müəyyən edilib ki, qədim dövrlərdə ərazidə göllər mövcud olub. Bu isə həmin dövrdə regionun iqliminin indikindən xeyli rütubətli olduğunu göstərir.

Misir-İtaliya arxeoloji missiyası 2023-cü ildən ərazidə tədqiqat aparır. Alimlər qədim insanların Saxara səhrasında necə məskunlaşdıqlarını və iqlim dəyişikliklərinə necə uyğunlaşdıqlarını araşdırırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az