Liviya Ukraynanın Benqazi limanına pilotsuz uçuş aparatları ilə hücumuna görə ölkənin Ukraynadakı səfiri Usama Məhəmməd Əbu əl-Qasimi məsləhətləşmələr üçün geri çağırıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, Liviya Xarici İşlər Nazirliyi hücumu ölkənin suverenliyinə qəsd və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Qeyd edək ki, noyabrın 22-də Ukrayna dronları Benqazi limanına hücum edib. Hadisə nəticəsində Liviya Milli Ordusunun Hərbi Dəniz Qüvvələrinin azı iki hərbçisi həlak olub.