Daha bir ölkə rusiyalı diplomatları ölkədən çıxarır

14:27 - 05 Aprel 2022

Daha bir ölkə rusiyalı diplomatları ölkədən çıxarır

İtaliya 30 rusiyalı diplomatı ölkədən çıxarır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın Xarici İşlər Nazirliyi açıqlayıb.

İtaliyanın XİN rəhbəri Luici Di Mayonun sözlərinə görə, Rusiyanın ölkədəki səfiri Sergey Razov nazirliyə çağırılıb və ona diplomatların ölkədən çıxarılması barədə məlumat verilib.

Bu məsələyə münasibət bildirən Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya İtaliyanın bu qərarına müvafiq cavab verəcək.

Xatırladaq ki, Danimarka da 15 rusiyalı diplomatı ölkədən çıxarmaq barədə qərar verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az