Zelenski hərbi cinayətlər törədən rusiyalılar barədə: “Həmin insanları axtaracağıq”

15:34 - 05 Aprel 2022

Zelenski hərbi cinayətlər törədən rusiyalılar barədə: “Həmin insanları axtaracağıq”

“Ukrayna, hətta beynəlxalq qanunvericilik kömək etməsə belə, rusiyalı hərbi cinayətkarları cəzalandıracaq”.

 

Manset.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski yerli jurnalistlərə müsahibəsi zamanı deyib.

“Bizim insanlarımıza işgəncə verən həmin cinayətkarlarla bağlı bizim daxili işlərimiz var. Biz informasiya toplamağa başlayırıq və bu insanları axtaracağıq. Bu cinayətkarları tapmağı çox istəyən insanlar var. Əgər beynəlxalq qanunvericilik bizə bu işdə yardım etməsə, bunu Ukrayna qanunları edəcək”, - deyə V.Zelenski bildirib.

Onun sözlərinə görə, Avropada da rusiyalı cinayətkarların məsuliyyətə cəlb olunması ilə məşğul olan birgə komissiya yaradılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az