ABŞ-ın keçmiş Prezidenti Barak Obama son 5 ildə ilk dəfə olaraq Ağ Evə səfər edib.
Manset.az xəbər verir ki, Obamanın Ağ Evdə çıxışı zamanı maraqlı hadisə yaşanıb.
Belə ki, Obama çıxışında zarafatla ABŞ Prezidenti Co Baydeni “vitse-prezident” adlandırıb. O isə qarşılığında gülərək Obamaya hərbi salam verib.
Qeyd edək ki, Co Bayden 2009-2017-ci illərdə Barak Obamanın prezidentliyi dövründə vitse-prezident olaraq çalışıb.