Daha bir ölkədən Rusiyaya qarşı yeni SANKSİYALAR

20:03 - 06 Aprel 2022

Daha bir ölkədən Rusiyaya qarşı yeni SANKSİYALAR

Böyük Britaniya daha səkkiz rusiyalını sanksiyalar siyahısına əlavə edib.

Manşet.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Kamaz”ın baş direktoru Sergey Koqoqin, “Alrosa”nın prezidenti Sergey İvanov və digər iri müəssisələrin rəhbərlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Bundan əlavə, sanksiyalar çərçivəsində "Sberbank" və Moskva Kredit Bankının aktivləri tamamilə dondurulacaq.

Böyük Britaniya, həmçinin Rusiya iqtisadiyyatına sərmayə qoyuluşunu, neft emalı avadanlığının bu ölkəyə ixracını, dəmir və poladdan hazırlanmış rus mallarının idxalını qadağan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az