Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova general-leytenant rütbəsi təqdim edilib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Xatırladaq ki, mart ayının sonunda Ramzan Kadırovun Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə general-leytenant hərbi rütbəsi ilə təltif olunması barədə məlumat yayılıb.