G7 ölkələri Moskvaya kimyəvi, bioloji və ya nüvə silahı təhdidi və ya istifadəsi ilə bağlı xəbərdarlıq edib.
Manşet.az xəbər verir ki, bu barədə NATO xarici işlər nazirləri toplantısından sonra Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət ölkələrin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi mətbuata bəyanatla çıxış ediblər.
Bəyanatda vurğulanıb ki, Kiyev yaxınlığındakı Buça şəhərində tapılan mülki şəxslərin cəsədlərinə görə Rusiyanın məsul şəxsləri hesab verəcəklər.