Rəsmi Pekindən Brüssel görüşünə REAKSİYA

21:17 - 07 Aprel 2022

Rəsmi Pekindən Brüssel görüşünə REAKSİYA

Çin Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarının dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyəti alqışlayır.
 
Manşet.az
xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüş barədə şərhində deyib.
 
"Azərbaycan və Ermənistan Çinin əməkdaşlıq etdiyi dost tərəfdaşlardır. Biz tərəflərin fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyətini görməyə şadıq. Ümidvarıq ki, tərəflər regionda sülh və sabitliyi və insanlar üçün əmin-amanlığı birgə təmin etmək üçün atəşkəs haqqında konsensusa əməl edəcək”, - deyə Çin XİN rəsmisi bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az