Bu gün İsrailin Təl-Əviv şəhərinin mərkəzində silahlı atışma olub.
Manşet.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Yaralananlardan birinin vəziyyəti kritik qiymətləndirilir.
***
Tanınmış İsrail jurnalisti Barak Ravid Tviter hesabında bildirilib ki, Təl-Əvivdə terror hücumu olub. Nəticədə iki nəfər ölüb. Hücum edən şəxs hələlik tutulmayıb. O qeyd edib ki, hücumda 6 nəfər yaralanıb. Polis əhaliyə evdən çıxmamaq və qapıları kilidləməklə bağlı xəbərdarlıq edib.