Ukrayna torpaqlarını işğal edən Rusiyaya qarşı tədbir görən Yaponiya tədricən kömür idxalını azaltmağı planlaşdırır.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Hagiuda Koiçi “mərhələlərin sonunda Rusiyadan kömür idxalını tamamilə dayandırmaq hədəflənir. Yenilənə bilən və nüvə də daxil olmaqla enerji mənbələrimizi diversifikasiya edərək Rusiyadan asılılığımızı azaldacağıq” deyib.
Hagiuda qərarın G7 ilə koordinasiyada alındığını qeyd edib.