Rəqabət orqanı tərəfindən vəzifəsindən sui-istifadə etməkdə günahlandırılan Google Fransaya 150 milyon avro ödəyəcək.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Fransa Rəqabət Təşkilatı Google-un törəmə şirkəti Alphabet-i axtarış sistemlərində reklamçılara qarşı səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib.
Fransa məhkəməsi reklamçılara qarşı rəqabətə zidd davranışları üçün Google-a tətbiq edilən cəriməni qüvvədə saxlayıb.
Google "Biz reklam verənlər üçün qaydaları daha da aydınlaşdırmaq üçün çalışacağıq" deyib.
Ödənişin nə vaxt və necə ediləcəyi ilə bağlı məlumat paylaşılmayıb.