"NATO Ukraynanın əli ilə Rusiyaya qarşı vuruşur" - Zaxarova

18:03 - 08 Aprel 2022

\"NATO Ukraynanın əli ilə Rusiyaya qarşı vuruşur\" - Zaxarova

NATO Ukraynaya silah tədarükünü davam etdirməklə münaqişənin uzanmasına gətirib çıxarır.

Manşet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra bildirib.

"Ukraynanı əlavə silahlarla təmin etməyə davam edən alyans münaqişənin uzanmasına gətirib çıxarır. O, Kiyev rejiminin müharibə cinayətlərinə və təkcə Donbassda deyil, bütün Ukraynada mülki insanlara qarşı qəddarlığa görə cəzasız qalacağına inamını dəstəkləyir. Getdikcə daha aydın olur ki, münaqişəyə açıq şəkildə daxil olmasını inkar edərək, Şimali Atlantika bloku faktiki olaraq uzun müddət Ukraynanın tərəfində və əli ilə Rusiyaya qarşı vuruşur", - deyə Rusiya XİN-in saytında Zaxarova adından yayılan açıqlamada qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az