Bu ölkə S-300-lərini Ukraynaya göndərib - VİDEO

18:20 - 08 Aprel 2022

Bu ölkə S-300-lərini Ukraynaya göndərib - VİDEO

Slovakiyanın baş naziri Eduard Heqer son vaxtlar gündəmdə olan iddiaları təsdiqləyib və ölkəsinin Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verdiyini açıqlayıb.

Manşet.az ölkə.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın paytaxtı Kiyevə gedən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və Slovakiyanın baş naziri Eduard Heqer “Twitter ” səhifəsində  yazıb.

"Slovakiyanın Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verdiyini təsdiq etmək istərdim.
Ukrayna xalqı həm öz ölkəsinin suverenliyini, həm də bizi cəsarətlə müdafiə edir. Rusiyanın hücumları nəticəsində insanların itkisinə biganə qalmamaq və yardım etmək bizim borcumuzdur", - Heqer deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az