ABŞ Ukraynaya qonşu olan bu ölkəyə “Patriot” göndərir

21:23 - 08 Aprel 2022

ABŞ Ukraynaya qonşu olan bu ölkəyə “Patriot” göndərir

ABŞ Slovakiyaya “Patriot” hava hücumundan müdafiə sistemini göndərəcək.

Manşet.az “Report”a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Austin bildirib.

“Mənim göstərişimlə ABŞ ordusunun idarə etdiyi bir “Patriot” hava hücumundan müdafiə sistemi Slovakiyaya yenidən yerləşdirir”, - Ostin bəyanatında bildirib.

O qeyd edib ki, kompleksin və ona xidmət edən komandanın gəlişi yaxın günlərdə gözlənilir:

“Onların qalma müddəti hələ müəyyən edilməyib, biz hava hücumundan müdafiə sahəsində Slovakiya hökuməti ilə məsləhətləşmələri davam etdiririk”, - o əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az