“Kiyev Kramatorska görə məsuliyyətdən qaça bilməyəcək” - Rusiya XİN

22:09 - 08 Aprel 2022

“Kiyev Kramatorska görə məsuliyyətdən qaça bilməyəcək” - Rusiya XİN

“Kramatorskın atəşə tutulması ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin günahına dair sübutlar var, onlar “Toçka-U” raketlərindən istifadə ediblər”.

Manşet.az xəbər verir kİ, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir. “Kiyev rejiminin bu cür qeyri-insani hərəkətləri Ukraynanın demilitarizasiyası və deazifikasiyası üzrə xüsusi hərbi əməliyyatın tapşırıqlarının doğruluğunu təsdiqləyir”, - sənəddə qeyd olunur. 

Rusiya XİN-dən bildirilib ki, Kiyev Kramatorska "Toçka-U" taktiki raket hücumuna görə məsuliyyətdən yayına bilməyəcək:

“Biz əminik ki, Kiyev hökuməti məsuliyyətdən yayına bilməyəcək”.

Rusiya XİN ildirib ki, Moskva Ukrayna qoşunlarının Kramatorska zərbə endirməsi ilə əlaqədar Kiyevə silah tədarükünü dayandırmağa çağırır:

“Biz beynəlxalq ictimaiyyəti Ukrayna birləşmələrinin cinayətlərinə obyektiv qiymət verməyə, onları silahla təchiz etməyi dayandırmağa və Kiyevi qəbuledilməz döyüş üsullarından imtina etməyə təşviq etməyə çağırırıq”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az