Kiyevdə rusların sursat anbarı tapıldı

14:01 - 13 Aprel 2022

Kiyevdə rusların sursat anbarı tapıldı

Ukrayna Milli Qvardiyasının əsgərləri Kiyev vilayətində rus işğalçılarının döyüş silah-sursat anbarını tapıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyası məlumat yayıb.

“Bu gün Ukrayna Milli Qvardiyasının hərbçiləri Kiyev vilayətinin Korolivka kəndində xidmət apararkən rus işğalçı qüvvələrinin silah-sursat anbarı yaratdıqları yeri aşkar ediblər. Hadisə yerindən 100 qutu 125 kalibrli mərmi aşkar edilib”, - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az