Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan “Vaqner” muzdlu qruplaşmasının maliyyəçisi Yevgeni Priqojinin müharibə ilə bağlı açıqlamaları gündəmdə iz buraxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyalı iş adamı və Vladimir Putinin yaxın dostu Yevgeni Priqojin Kreml sarayında şam yeməyini tənzimləyən iaşə müqavilələrinin sahibi olduğu üçün “Putinin aşpazı” kimi tanınır.
Dünyanı dəhşətə gətirən “Vaqner” muzdlularına başçılıq edən Putinin “şefi” Qərbi hədələyərək “Qələbə bizim olacaq” deyib.
Priqojin və Putinin dostluğu uzun illər əvvələ gedib çıxır.
Lakin hər ikisi Vaqner ilə əlaqələrini inkar edir.
Kiyevə 400 nəfərlik sui-qəsd qrupu göndərən və Zelenskini öldürməyə çalışdığı deyilən qrup, əvvəlki illərdə Suriyada etdiklərini indi də Ukraynada davam etdirir.