Kreml ABŞ, Böyük Britaniya və NATO-nun Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünün fərqində olduqlarını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov Qərb ölkələrinin mətbuatında ABŞ-ın Rusiya ordusunun yerləşdiyi bölgələrlə bağlı Ukraynaya kəşfiyyat məlumatı ötürməsi xəbərini dəyərləndirib.
O, bildirib ki, Rusiya ordusu ABŞ, Böyük Britaniya və NATO-nun Ukraynaya daim kəşfiyyat məlumatı ötürməsindən xəbərdardır.
Peskov ABŞ, Böyük Britaniya və NATO-nun Ukraynaya silah da göndərdiyini bildirib:
“Eyni ölkələrin və ittifaqın Ukraynaya göndərdiyi silah daşımaları ilə birlikdə bütün bunlar xüsusi əməliyyatların sürətlə başa çatmasına mane olan, amma xüsusi hərbi əməliyyatların məqsədlərinə nail olmağa əngəl törədə bilməyən hərəkətlərdir”.